Bakıda 15 yaşlı qız itkin düşüb.
Gununsesi.info xəbər verir ki, hadisə iyunun 16-da paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Xanım Səbuhi qızı Bayramova bir həftə bundan əvvəl saat 11 radələrində “Dədə Qorqud” parkına getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info