40 yaşlı kişi su arxına yıxılaraq öldü

  • By Admin2
  • 04 Mart 2026 11:34

Ağdaşda 40 yaşlı kişi su arxına yıxılaraq ölüb.

Gununsesi.info xəbər verir ki, Aşağı Ləki kəndinin ərazisində fiziki qüsurlu epilepsiya xəstəsi kənd sakini 1986-cı il təvəllüdlü Ömər Hicran oğlu Saadov su arxına yıxılması nəticəsində boğularaq ölüb.

Ö.Saadovun meyiti sudan çıxarılıb, araşdırmalar aparılır.

Gununsesi.info