ABŞ-dan maraqlı müalicə üsulu – Koronavirus xəstələrinə şüa verildi

  • By admin
  • 19 Yanvar 2021 13:49

ABŞ-da elm adamları koronavirus xəstələrini müalicəsində aşağı dozada radiasiyanı təcrübə ediblər.

Bu barədə “Nuclear News” jurnalında dərc olunan məqalədə deyilir.

Bildirilir ki, koronavirusun səbəb olduğu ağır sətəlcəmdən əziyyət çəkən müxtəlif cins və yaşda olan 10 xəstənin ağciyərlərinə 10-15 dəqiqə ərzində şüa verilib.

“Doqquz xəstə 24 saat ərzində sürətli yaxşılaşma göstərdi və üç gün ərzində xəstəxanadan çıxdı”, – deyə məlumatda deyilir.

Onların analoji müalicə almayanlardan dörd dəfə sürətli sağaldığı vurğulanıb.

O da qeyd edilir ki, kiçik radiasiya dozasının təhlükəsizliyi və effektivliyi qan testləri və ağciyərlərin rentgen şəkilləri ilə sübut olunub.

Gununsesi.org