Bakıda bədbəxt hadisənin görüntüləri yayıldı - ANBAAN VİDEO

  • By admin
  • 02 May 2021 23:11

Bakının Səbail rayonunun Badamdar qəsəbəsində bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Rafiq İsgəndərov küçəsində qeydə alınıb. Belə ki, yoldan ötən bina sakini, 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

Zərbənin təsirindən kəllə-beyin travması alan Şabanov Əli Mahir oğlu komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.

“İctimai” TV hadisənin başvermə anının aanbaan görüntülərini yayımlayıb.

Gununsesi.info