55 yaşında tələbə adını QAZANDI

  • Müəllif: Firuzə
  • 26 Avqust 2025 13:09

Bu il də ali məktəblərə qəbul imtahanlarında iştirak edən və uğur qazananlar içərisində müxtəlif yaş kateqoriyalarında insanlar var. 

Gununsesi.info-nun sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildiirlib ki, 2025-2026-cı illərdə universitetə daxil olan abituriyentlər arasında ən yaşlısının 55 yaşı var.

Vəfa Cəfərova 21 mart 1970-ci il təvəllüdlü Vəfa Cəfərova ali təhsil almaq arzusunu reallaşdıraraq tələbə adını qazanıb.

O, subbakalavr kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.

Gununsesi.info