Hacı Abgül azadlıqda -FOTO

  • By admin
  • 29 Sentyabr 2022 23:58

Uzun illərdir ki, həbsxana həyatı yaşayan tanınmış  dindar Hacı Abgül Süleymanov 12 ildən sonra azadlığa çıxıb.

Gununsesi.info bildirir ki, həbsinin ilk illərini 13 saylı cəzaçəkmə müəssisəsində keçirən Hacı Abgül orada yeni ittihamlarla üzləşib və cəzası ağırlaşdırıldığı üçün Qobustan Qapalı Həbsxanasına köçürülüb.

HTML tutorial

Xatırladaq ki, Bakı  Ağır Cinayətlər Məhkəməsi 2012-ci ildə  “Cəfəri heyət” dini qruplaşmasının rəhbəri Abgül Süleymanova 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsmişdi.

O, “ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və insanların itaətsizliyə təhrik etməkdə” təsqirləndirilirdi.

Rəsmi məlumatlara görə, Süleymanov saxlanılarkən üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb və mənzilində odlu silah və sursat aşkarlanıb.

Gununsesi.info