60 yaşlı kişini maşın vurub öldürdü

  • By Günel
  • 04 Fevral 2025 22:57

Goranboy rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil 1965-ci il təvəllüdlü Bayramov Mahir Yaqub oğlunu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info