7 ölkənin xarici işlər nazirləri Kiyevə yollandı

  • By admin
  • 28 Noyabr 2022 20:24

Latviya, Estoniya, Litva, Finlandiya, İslandiya, Norveç və İsveçin xarici işlər nazirləri Ukraynaya yollanıblar.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, onların Ukraynaya yollanmasına səbəb ölkəyə gələcək dəstəyi müzakirə etməkdir.

Səfərlə bağlı Latviyanın xarici işlər naziri Edqars Rinkeviç tviter səhifəsində paylaşım edib.

“Biz Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri bu gün Ukrayna ilə həmrəy olmaq üçün Kiyevə yollandıq. Rusiyanın bomba yağışlarına və barbar vəhşiliklərinə baxmayaraq, Ukrayna qalib gələcək”,-deyə nazir bildirib.

Gununsesi.info