
Dünən ölkənin qərb bölgəsində baş verən güclü külək bir sıra rayonlarda elektrik dirəklərini və digər infrastruktur xətlərini yararsız hala salıb.
Gununsesi.info-nun xəbərinə görə, Gəncənin və ətraf rayonların bir sıra yaşayış məntəqələrində elektirik dirəklərinin aşması səbəbiylə elektrik təminatı dayanıb.
Ancaq “Azərişıq” ASC-nin əməkdaşlarının dərhal müdaxiləsi və fasiləsiz çalmaları problemi həll edib.
Belə ki, rayonlarda yerə tökülən elektrik naqilləri və dirəkləri yenidən quraşdırılıb.
Qısa zaman ərzində elektrik enerjisi təminatı baş tutub.
“Azərişıq”ın sözçüsü Vaqif Aydınoğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, artıq ölkənin heç bir bölgəsində elektrik enerjisinin təminatında problem yoxdur: “Dünənki küləyin bütün fəsadları aradan qaldırılıb. Qərb bölgəsində fasiləsiz elektrik enerjisi təmin edilib”.