Dünyanın 100 ən böyük müdafiə şirkəti açıqlanıb: Siyahıda yer alan 5 türk şirkəti burada

  • By Günel
  • 06 Avqust 2024 16:38

Defence News Top 100 for 2024″ araşdırma nəticələrinə görə; ASELSAN, TUSAŞ, ROKETSAN, MKE və ASFAT daxil olmaqla 5 türk şirkəti “Dünyanın 100 Ən Böyük Müdafiə Şirkəti” arasında yer alıb.

ASELSAN Türkiyə şirkətləri arasında Defense News Top 100-də 42-ci yerdə qərarlaşıb. TUSAŞ 50-ci, Roketsan 71-ci, Maşınqayırma və Kimya Sənayesi (MKE) 84-cü, ASFAT isə 94-cü yerdə qərarlaşıb.

2023-cü ildə 4 türk şirkətinin siyahısına bu il Maşınqayırma və Kimya Sənayesi ilk dəfə yer alıb.

Ötən il 47-ci yerdə olan ASELSAN 42-ci, 58-ci yerdə olan TUSAŞ 50-ci, 100-cü yerdə olan ASFAT isə 94-cü pilləyə yüksəlib. Beləliklə, siyahıda yer alan bütün türk şirkətləri ötən illə müqayisədə sıralarını artırıb.

 

Siyahının ilk 10-luğunda ABŞ-dan 6, Çindən 3, Böyük Britaniyadan isə 1 şirkət yer alıb.

Müdafiə Sənayesi Başçısı Haluk Görgün, mövzu ilə bağlı etdiyi şərhdə, Türk müdafiə sənayesinin gündən-günə böyüdüyünü, inkişaf etdiyini, gücləndiyini və yüksəldiyini ifadə edib.

“Defence News-un apardığı araşdırmanın nəticələrinə görə, dünyanın 100 ən böyük şirkəti arasında ilk 50-likdə 2 şirkət, ilk 100-lükdə isə ümumilikdə 5 şirkət var. Türkiyə dünyanın 5 ölkəsindən biri olub.                                                    Beynəlxalq aləmdə qazanılan bu uğurun arxasında Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın qeyd-şərtsiz dəstəyi, türk mühəndislərinin müdrikliyi və zəhməti dayanır. Şirkətlərimizi və onların əməkdaşlarını Defense News Top 100-də təbrik edirəm. Müdafiə sənayesi ekosistemi olaraq biz gecə-gündüz yorulmadan çalışmaqda davam edəcək, nailiyyətlərimizə hər gün yeni nailiyyətlər əlavə edəcəyik”,- deyə H.Görgün bildirib.

Dünyanın en büyük 100 savunma şirketi belli oldu: İşte listedeki 5 Türk firma

 

Günel Həsənova

Gununsesi.info