Dünyanın ikinci ən zəngin ölkəsi – Bu ölkədə demək olar ki, hamı milyonçudur

  • By Günel
  • 15 Avqust 2024 16:05

Avropanın ən kiçik ölkələrindən biri olan Lixtenşteyn İsveçrənin şərqində, Avstriyanın qərbində yerləşən dənizə çıxışı olmayan bir ölkədir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropanın kiçik knyazlıqlarından biri olan Lixtenşteyn güclü iqtisadi göstəriciləri və siyasi sabitliyi ilə diqqət çəkir. Təxminən 38 min nəfərin yaşadığı 160 kvadrat kilometrlik ölkə adambaşına düşən milli gəlirə görə, dünyanın ən yaxşı ölkələri sırasındadır.

Görəsən, Lixtenşteynin iqtisadi uğurunun səbəbi nədir və o, necə sürətlə böyüdü?

2023-cü ilə Lixtenşteynin adambaşına milli gəliri təxminən 165 min dollardır. Demək olar ki, heç bir dövlət borcu olmayan bu ölkənin sənaye və yüksək texnologiya sahəsində böyük iqtisadi fəallığı, aşağı vergi dərəcələri və güclü maliyyə sektoru var. Əhalinin təxminən üçdə biri milyonçudur. 2016-cı ildə Lixtenşteyndə cəmi 406 nəfər işsiz olub ki, bura analıq məzuniyyətində olanlar da daxildir.

Beynəlxalq şirkətlərin regiona investisiyaları iqtisadiyyatı gücləndirir, ölkənin maliyyə gücünü artırır.                             Lixtenşteyn müstəqil bir knyazlıq olaraq 1719-cu ildə qurulub. Bu gün konstitusion monarxiya ilə idarə olunan ölkənin prezidenti şahzadə II Hans-Adam ıı dir. Ölkədəki siyasi sabitlik həm daxili, həm də xarici siyasət üçün möhkəm zəmin yaradır. Ölkə tarix boyu öz neytrallıq siyasətini davam etdirib və beynəlxalq münaqişələrdən böyük ölçüdə təsirlənməyib.

 

1867-ci ildə Rusiya İmperiyası Alyaskanı Lixtenşteynə təklif etdi, lakin o zaman Lixtenşteyn Müqəddəs Roma İmperiyasının qalığı olaraq, iqtisadi cəhətdən zəif idi. 19-cu əsrin ortalarında xarici mənbələrdən asılı olan ölkə vergi islahatı vasitəsilə vergi dərəcələrini demək olar ki, sıfıra endirmiş və bu da xarici investorları cəlb etməklə böyük iqtisadi transformasiyaya səbəb olmuşdur.

Hər iki Dünya Müharibəsindən sağ çıxan Lixtenşteyn 1995-ci ildə Avropa Azad Ticarət Zonasına qoşuldu.1999-cu ildə 16 milyon dollar büdcə profisiti var idi. İsveçrə ilə gömrük ittifaqında olsa da, müstəqilliyini artıraraq, öz telefon kodunu əldə edərək böyük iqtisadi uğurlara imza atdı.

Son illərdə Lixtenşteyn Avropa İqtisadi Birliyinə (AİB) üzv olmaqla beynəlxalq əlaqələrini gücləndirmiş və bir çox beynəlxalq müqavilələr imzalamışdır. O, həm də yüksək yaşayış standartları və inkişaf etmiş infrastrukturu ilə tanınır.

 

Kiçik olmasına baxmayaraq, Lixtenşteyn güclü iqtisadi quruluşu və siyasi sabitliyi ilə Avropanın mühüm mərkəzlərindən biri kimi varlığını davam etdirir.

 

Günel

Gununsesi.info