BMT Fələstin nümayəndə heyəti üçün ABŞ-a viza alınmasına nail ola bilmir

  • Müəllif: Admin08
  • 17 Sentyabr 2025 21:58

BMT indiyədək ABŞ-ın Fələstin nümayəndə heyətinin üzvlərinə Baş Assambleyasının 80-ci sessiyasının tədbirlərində iştirak etmək üçün viza verməsi məsələsində irəliləyişə nail ola bilməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik məlumat verib.

“Mən Fələstin Administrasiyası üçün vizalarla bağlı hər hansı irəliləyişdən xəbərsizəm”, – deyə Dujarrik bildirib.

Qeyd edək ki, Dövlət Departamenti BMT Baş Assambleyasının sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək 80-ci sessiyasında iştirak etmək üçün Fələstin Azadlıq Təşkilatının üzvlərinə və Fələstin Muxtariyyətinin rəsmilərinə, o cümlədən Fələstin prezidenti Mahmud Abbasa viza verməkdən imtina edib.

Gununsesi.info