Qriqoryan Simonyanın Bakı səfərini şərh etmədi

  • Müəllif: Firuzə
  • 22 Sentyabr 2025 13:26

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Milli Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyanın Bakıya səfərini şərh etməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onun sözlərinə görə, A.Simonyan səfərin nəticələrini buna ehtiyac olduqda təqdim edəcək.

A.Qriqoryan özünün Bakıya səfərinin mümkün olub-olmaması ilə bağlı suala “Belə müzakirələr aparılmır” deyə cavab verib.

 

Gununsesi.info