Türkiyə də Qəzza üzrə vasitəçilik iclasına qatılacaq

  • Müəllif: Firuzə
  • 30 Sentyabr 2025 15:40

Türkiyə Qəzzada İsrail və HƏMAS arasında dolayısı ilə atəşkəs danışıqlarına rəhbərlik edən vasitəçilərin toplantısına qatılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında deyib.

“Misir kəşfiyyatının rəhbəri dünən HƏMAS-ın danışıqlar nümayəndə heyəti ilə görüşdə iştirak edib. Bu gün Türkiyənin də iştirak edəcəyi daha bir görüş keçirəcəyik”, – o, qeyd edib.

Bundan əvvəl Ağ Ev  ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 bəndlik planını dərc edib. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin planını qəbul etdiyini bildirib.

 

Gununsesi.info