Direktor və müavini işdən qovuldu

  • Müəllif: Firuzə
  • 02 Oktyabr 2025 15:19

Zərdab Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifli və direktor müavini Nazim Əzizov tutduqları vəzifələrdən azad ediliblər.

Gununsesi.info xəbər verir ki, məlumatı Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova Bizim.Media-ya açıqlamasında təsdiqləyib.

Ehtimal olunur ki, rəhbər şəxslərin işdən çıxarılmasına rüşvət halları səbəb olub.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.

 

Gununsesi.info