Paşinyan və Putin arasında telefon danışığı olub

  • Müəllif: Firuzə
  • 07 Oktyabr 2025 17:53

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat verib.

Məlumata görə, Baş nazir Vladimir Putini doğum günü münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb.

Paşinyan Ermənistan ilə Rusiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, bu prosesdə Rusiya Prezidentinin şəxsi töhfəsini yüksək qiymətləndirib.

 

Gununsesi.info