Ermənistan MTN Gümrüdə əməliyyat keçirdi - Mer saxlanıldı (VİDEO)

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2025 11:04

Gümrünün meri Vardan Qukasyan saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu  barədə  onun köməkçisi məlumat yayıb.

Onun sözlərinə görə, MTN-nin  60-70 əməkdaşı bələdiyyə binasına daxil olub, meri saxlayıblar.

***

Bu gün səhər tezdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Gümrü şəhər meriyasında əməliyyat keçiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat dərc edib.

Bildirilir ki, hazırda xüsusi təyinatlılar meriyanın binasındadır. Baş verənlərin məqsədi barədə məlumat verilməyib.

 

Gununsesi.info