“Noyabrın 1-dən Çinə qarşı 155 faizlik rüsumlar tətbiq ediləcək”

 “1 noyabr tarixindən etibarən Çinə qarşı 155 faizlik gömrük rüsumları tətbiq olunacaq”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu tədbirin onlar üçün davamlı olacağını düşünmürəm. Çinə qarşı yaxşı rəftar etmək istəyirəm”, – deyə o vurğulayıb.

Bundan əlavə, Tramp Çinin Rusiyadan neft alması ilə əlaqədar ona qarşı əlavə rüsumlar tətbiq etməyə hazır olduğunu təsdiqləməyib.

 

 

Gununsesi.info