Azərbaycan milli hərəkatı fəallarından biri olan Əmir İbrahimlu oktyabrın 22-də Urmiyə şəhərindəki iş yerində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Bu barədə Gununsesi.info ArazNews-a istinadən xəbər verir ki.
Eyni zamanda digər mülki fəal Əta Kərimi də iş yerində həbs edilib. Şahidlərin sözlərinə görə, o, saxlanılarkən döyülüb.
Məlumata əsasən, təhlükəsizlik qüvvələri hər iki fəalın mobil telefonlarını, iş yerlərindəki kameraları və digər şəxsi əşyalarını müsadirə edib.
Qeyd edək ki, Əmir İbrahimlu bundan öncə də Urmiyə gölünün qurudulmasına etiraz etdiyinə və vətəndaş fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılmışdı. Onun hazırkı saxlanılma səbəbi və irəli sürülən ittihamlar barədə isə hələlik heç bir məlumat yoxdur.
Məlumatlara görə, son günlər Qərbi Azərbaycan vilayətində bir neçə azərbaycanlı fəal bölgədəki terrorçu qrupların tərəfdarlarının nifrət və gərginlik yaradan fəaliyyətlərini tənqid etdiklərinə görə saxlanılıb.
Şəbnəm












