Sahibkarlar üçün ƏDV limiti 2 dəfə artırıla bilər

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2025 15:59

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması (200 min manatdan 400 min manata çatdırılması) nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.

 

Gununsesi.info