Azərbaycan Basketbol Liqasında V tur bu gün başlayır

  • Müəllif: Admin08
  • 30 Oktyabr 2025 09:18

Azərbaycan Basketbol Liqasında V tura bu gün start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

B qrupunda yer alan “Lənkəran” “Ordu”nu qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Meydan sahibləri 6 xalla üçüncü, qonaqlar 8 xalla birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq.

Gununsesi.info