Meksikada güclü partlayış 22 nəfərin həyatına son qoydu

  • Müəllif: Ayshan
  • 02 Noyabr 2025 08:21

Meksikanın Ermosilyo şəhərində faciəli hadisə baş verib.

Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Universal” nəşri məlumat yayıb.

Bildirilib hadisə 4-ü uşaq olmaqla 22 nəfər həyatını itirib.

Qeyd edilib ki, “Waldo” mağazalar şəbəkəsinə aid ticarət obyektlərindən birində baş verən güclü partlayış binanın dərhal alovlanmasına səbəb olub.

Son məlumatlara əsasən, xəsarət alanların sayı 12 nəfərə çatıb və onların əksəriyyətində ciddi termik yanıq izləri qeydə alınıb.

Hadisə yerinə dərhal xilasedici xidmətlər və tibbi yardım qrupları cəlb olunub.

İlkin versiyaya görə, insidentin səbəbi mağazanın yaxınlığında park edilmiş avtomobildə baş vermiş partlayış ola bilər. Lakin hadisənin dəqiq səbəbləri hələ də araşdırılır.

Gununsesi.info