Bu komissiyanın tərkibi genişləndirildi

  • Müəllif: Firuzə
  • 14 Noyabr 2025 15:52

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibi genişləndirilib.

Gununsesi.info  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın üzvləri sırasına daxil edilib.

 

Gununsesi.info