Soyuq müharibənin yeni mərhələsi: qarşıdurma dərinləşir

  • Müəllif: Ayshan
  • 24 Noyabr 2025 22:58

Asiya-Sakit okean regionunda geosiyasi dinamika sürətlə dəyişir.

 

Yeni güc oxu formalaşır

Rusiya, Çin və Şimali Koreya arasında son illər daha da güclənən əməkdaşlıq ekspertlər tərəfindən “yeni üçbucaq diplomatiyası” kimi qiymətləndirilir və bölgədə formalaşan yeni güc balansının əsas dayağı sayılır. Bu proses, eyni zamanda, ABŞ, Yaponiya və Cənubi Koreyanın yaratdığı mövcud təhlükəsizlik arxitekturasına ciddi rəqib kimi çıxış edir.

Soyuq müharibənin yeni mərhələsi

Regionda gərginliyin artdığı bir vaxtda Vaşinqton müttəfiqləri ilə birgə hərbi təlimləri genişləndirir, strateji ittifaqları yenidən nəzərdən keçirir və mövqelərini gücləndirməyə çalışır. Analitiklər isə baş verənləri “soyuq müharibənin yeni mərhələsi” adlandırır: artıq ön planda ideoloji deyil, texnologiya, enerji və iqtisadi təsir uğrunda rəqabət dayanır.

 

Ekspertlər xəbərdarlıq edirlər ki, diplomatik tarazlıq qorunmadığı halda, Asiya-Sakit okean bölgəsi yaxın illərdə dünya siyasətinin ən kritik və gərgin məkanına çevrilə bilər.

Mesut Hakkı Caşın  – Professor, Türkiyə Respublikası Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü

Gununsesi.info