Mirzoyan Brüsselə gedir

  • Müəllif: Firuzə
  • 01 Dekabr 2025 15:53

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah iki günlük səfərlə Brüsselə yola düşəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.

Müzakirələrdən sonra Ermənistan xarici işlər naziri, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər.

Dekabrın 3-də nazir Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci sammitində çıxış edəcək.

Gununsesi.info