Ukrayna xalqı sülh təklifini bəyənir, Zelenski yox — TRAMP

  • Müəllif: Ayshan
  • 08 Dekabr 2025 09:23

Ukrayna Prezidenti Zelenskinin hələ də təklifi oxumamasından bir az məyus oldum.

Gununsesi.info -nun məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, sülh təklifi ilə bağlı ABŞ Prezident Putin və Ukrayna tərəfi, o cümlədən Prezident Zelenski ilə danışıb.

“Ukrayna xalqı təklifi bəyənir. Rusiya da bununla razıdır. Lakin Zelenskinin bununla razı olduğundan əmin deyiləm. O, təklifi hələ oxumayıb”, -deyə Tramp əlavə edib.

Gununsesi.info