Sumqayıtda 19 yaşlı qız faciəli şəkildə öldü

  • Müəllif: Ayshan
  • 15 Dekabr 2025 19:14

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.

2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info