Ukrayna beş kəndə nəzarəti ələ keçirdi

  • Müəllif: Ayshan
  • 25 Dekabr 2025 23:30

Ukrayna qoşunları 100 gündən çox müddətdə Dnepropetrovsk vilayətindəki beş kəndə nəzarəti bərpa edib. Əməliyyatın əsas hissəsi 2025-ci ilin payızında baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 225-ci Hücum Alayı məlumat verib.

Yaşayış məntəqələrinin azad edilməsi əməliyyatı 20-ci Ordu Korpusunun bölmələrinin dəstəyi ilə 100 gündən çox davam edib.

Azad edilən yaşayış məntəqələri Orestopol, Sosnovka, Xoroşye, Voronoe və Novosyolovka kəndləridir.

Gununsesi.info