Yeni il gecəsi 30 yaşlı gənc qətlə yetirildi

  • Müəllif: Firuzə
  • 01 Yanvar 2026 13:52

Ağsuda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Dekabrın 31-də saat 23 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info