Xocalı sakini bədbəxt hadisə nəticəsində öldü

  • Müəllif: Firuzə
  • 05 Yanvar 2026 22:18

Xocalıda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü.

Gununsesi.info xəbər verir ki, hadisə Xocalı rayon ərazisində baş verib.

Belə ki, Ağdam rayon sakini 1973-cü il təvəllüdlü Əliyev Nüşirəvan Əvəz oğlu Xocalı rayon ərazisində təmir bərpa işləri aparan zaman, onu elektrik cərəyanı vurub. 53 yaşlı N.Əliyev  hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info