“Nərimanov”da faciəvi şəkildə ölən şəxsin kimliyi məlum oldu

  • Müəllif: Firuzə
  • 07 Yanvar 2026 22:58

Bu gün metronun “N.Nərimanov” stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.

Gununsesi.info “Qafqazinfo”-a istinadən xəbər verir ki, faciəvi şəkildə ölən şəxs 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olub.

Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info