Keçmiş baş nazir korrupsiya ittihamlarını qəbul etdi

  • Müəllif: Orxan
  • 13 Yanvar 2026 13:48

İvanaşvilinin varisi həbs edilib.

Gununsesi.info xəbər verir ki, Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə 5 il həbs cəzası verilib.

O, ona qarşı irəli sürülən korrupsiya və mənimsəmə ittihamlarını qəbul edib və razılaşma əldə edib.

İraklı, eyni zamanda təxminən 370 min dollar cərimə ödəyəcək.

Razılaşma olmasaydı, o, 9 ildən 12 ilədək həbsə məhkum edilə bilərdi.

Keçmiş nazirin evindən çıxan pullar isə dövlət büdcəsinə köçürüləcək.

Vəkilinin dediyinə görə, ona məxsus iki maşın da müsadirə ediləcək.

O, artıq cəzaçəkmə müəssisənə göndərilib.

Gununsesi.info