Bu ərazilərdə suyun verilməsində fasilələr yaranacaq

  • Müəllif: Orxan
  • 21 Yanvar 2026 13:04

Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində sabah müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, yay mövsümündə suya artan təlabatın tənzimlənməsi və su keyfiyyətinin yaxılaşdırılması istiqamətində görüləcək işlər çərçivəsində magistral xəttin qəzalı hissələri dəyişdiriləcək.

Gununsesi.info