Azərbaycanın Ermənistana ixracının dəyəri açıqlanıb

  • Müəllif: Firuzə
  • 26 Yanvar 2026 10:18

Ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Gununsesi.info bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2025-ci ildə Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.

Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il yanvarın 9-da Ermənistan Azərbaycandan 1 742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton “Aİ-92” markalı avtomobil yanacağı idxal edib.

Gununsesi.info