ABŞ Rusiya-Ukrayna danışıqlarından çıxmağa hazırlaşır

ABŞ Rusiya-Ukrayna danışıqları nəticə verməsə, mayın 15-də prosesi tərk edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko bildirib.

“Əgər razılığa gəlməsək, onlar danışıqlar prosesindən çəkiləcək və bu məsələdən tamamilə imtina edəcəklər”, – deyə deputat yazıb.

Onun sözlərinə görə, bunun əsas səbəbi 2026-cı ilin noyabrında ABŞ-da keçiriləcək aralıq seçkiləridir.

Tramp administrasiyasının bu seçkilərə həll olunmamış münaqişə ilə yaxınlaşması, Respublikaçıların Demokratlar üçün hədəfə çevrilə biləcəyi ilə bağlıdır.

 

 

Gununsesi.info