Kamran Əliyev yeni rəis təyin etdi

  • Müəllif: Firuzə
  • 05 Fevral 2026 19:15

Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub.

Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Verdiyev Amid Asif oğlu Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, A.Verdiyev uzun illərdir prokurorluq orqanlarında işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 28-də imzaladığı sərəncamla o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Gununsesi.info