X sosial şəbəkəsi çökdü

  • Müəllif: Firuzə
  • 16 Fevral 2026 19:17

X sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.

Gununsesi.info xəbər verir ki, çoxsaylı istifadəçilər ana səhifənin və girişdən sonra lentin yenilənmədiyini bildirir.

Problem həm mobil tətbiqdə, həm də personal versiyalarda müşahidə olunur.

Nasazlığın qlobal və ya regional olub-olmadığı məlum deyil.

Platformadan rəsmi açıqlama verilməyib.

Gununsesi.info