Xocavənd şəhəri və kəndinə ilk köç karvanları yola salındı — FOTOLAR

  • Müəllif: Firuzə
  • 20 Fevral 2026 12:59

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Gununsesi.info xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə – 94 nəfər köçürülüb.

Xocavənd şəhərinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Gununsesi.info