Yanğını söndürmək istəyən şəxsləri maşın vurdu

  • Müəllif: Firuzə
  • 21 Fevral 2026 09:57

Salyan rayonunda yanan avtomobili söndürmək istəyən 2 nəfəri maşın vurub.

Gununsesi.info  xəbər verir ki, onlardan biri ölüb, digəri xəsarət alıb.

Salyan rayonunun 1989-cu il təvəllüdlü Xocalı kənd sakini Elşən Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info