Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü

  • Müəllif: Firuzə
  • 21 Fevral 2026 13:35

Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.

Gununsesi.info-nun məlumatına görə, Suraxanı rayonunun Zığ qəsəbəsinin ərazisində hərəkətdə olan 2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi “Minsk” markalı motosikleti səkiyə vurub.

M.Ovçuyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(Unikal)

Gununsesi.info