Meksikanın “Halisco New Generation” (CJNG) kartelinin lideri və daha çox “El Mencho” ləqəbi ilə tanınan Nemesio Oseguera Servantes Amerika kəşfiyyatının köməyi ilə Meksika qüvvələri tərəfindən öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Konqresə illik müraciətində bildirib.
Tramp bildirib ki, “Biz həmçinin milli maraqlarımızı təmin etmək və ölkəmizi zorakılıqdan, narkotiklərdən, terrorizmdən və xarici müdaxilədən qorumaq üçün hərəkət etməklə Qərb yarımkürəsində Amerika təhlükəsizliyini və dominantlığını bərpa edirik”.
O, illərdir ki, Meksikanın böyük hissələri də daxil olmaqla, Amerika regionunun geniş ərazilərinin “qaniçən narkotik kartelləri” tərəfindən idarə olunduğunu və buna görə də onlar terror təşkilatları elan edildiyini söylədi.
Prezident qeyd edib ki, yeni hərbi kampaniya sayəsində ölkə ABŞ-yə daxil olan rekord miqdarda narkotik maddəni ələ keçirib və onların su və ya dəniz yolu ilə daxil olmasını demək olar ki, tamamilə dayandırıb.
Maqsud












