Naxçıvanda qəza baş verib, xəsarət alanlar var

  • Müəllif: Firuzə
  • 31 Mart 2026 19:49

Naxçıvanda yol qəzası baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı “Niva” markalı avtomobillə “Daewoo Nexia” markalı avtomobil toqquşub.

Xəsarət alanlar – 1995-ci il təvəllüdlü Qasımlı Qasım David oğlu, 1979-cu il təvəllüdlü Seyidov Niyaməddin Mirdaməd oğlu və 1959-cu il təvəllüdlü Rzayev Kazım Yəhya oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Gununsesi.info