İndoneziya Prezidenti Putinlə danışıqlar aparmaq üçün Kremlə gəlib

  • Müəllif: Orxan
  • 13 Aprel 2026 16:25

Rusiya Prezidenti Vladimir Putin İndoneziya Prezidenti Prabovo Subianto ilə danışıqlar aparır. Görüş Kremldəki Senat Sarayının Nümayəndələr Ofisində keçirilir.

Gununsesi.info bu barədə “TASS”-a istinadən xəbər verir.

Putin və Subianto iki ölkə arasında tərəfdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini, eləcə də aktual beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Orxan 

Gununsesi.info