Arakçı səudiyyəli həmkarına ABŞ-la atəşkəsdən danışdı

  • Müəllif: Firuzə
  • 13 Aprel 2026 21:29

İranın xarici işlər naziri Seyid Abbas Arakçı səudiyyəli həmkarı Feysal ibn Fərhan əs-Səudla telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığında atəşkəsdən sonra regiondakı son vəziyyət, İran-ABŞ danışıqları müzakirə edilib.

Arakçı həmkarına ABŞ-ın danışıqlarda tələblərinin çox olduğunu, bu səbəbdən razılığın əldə olunmadığını vurğulayıb.

Gununsesi.info