Salyanda ağır qəza: beş nəfər yaralandı

  • Müəllif: Firuzə
  • 13 Aprel 2026 21:33

Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində qeydə alınıb. Qəza zamanı xəsarət alan 5 nəfər – R.Bədəlov, V.Bədəlova, H.Bədəlov, F.İsmayılov və E.Axundov dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rəsmi araşdırma aparılır.

Gununsesi.info