Sosial mediada bir paylaşımı “repost” etmək belə hüquqi məsuliyyət yarada bilir?

Müsair texnoloji zamanda sosial şəbəkələrdə məsuliyyət yaradan bir sıra hallar var ki, onlar çoxluq tərəfindən bilinmir və ya çox da nəzərə çarpmır.

Məsələn, sosial mediada bir paylaşımı “repost” etmək belə hüquqi məsuliyyət yarada bilir.

Gununsesi.info-ya açıqlama verən hüquqşünas Rəşad Səfərov bildirir ki, bəli, bu, mümkündür:

“Qanunsuz və ya böhtan xarakterli məlumatı paylaşmaq elə həm də onu yaymaq kimi qiymətləndirilir. Bu isə məhkəmə predmeti olduğu halda məsuliyyət yarada bilər”,- deyə o qeyd edib.

Orxan
Gununsesi.info