Piyada keçidində qəza ölümlə nəticələndi

  • Müəllif: Firuzə
  • 21 Aprel 2026 09:22

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, Pirallahı-Qala yolunun Dübəndi bağ massivindən keçən hissəsində “Mersedes” markalı avtomobil piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Salmanov Alətdin Əbdül oğlunu vurub. Nəticədə, o, hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info