Bir neçə gün qabaq ABŞ Quru Qoşunlarının komandanı Deniel Driskollun Nümayəndələr Palatasının komitə iclasında çıxışına baxdım. Sözün düzü, əvvəl gördüyümə və eşitdiyimə inanmadım, çıxışa yenidən baxdım. Nümayəndələr Palatasının komitə iclasında Driskoll Ukrayna ordusunun ünvanına komplimetlər yağdırırdı, ABŞ ordusunun ilk gündən Ukraynanın yanında olduğunu da qeyd etdi.
Bu sözləri Gununsesi.info-ya siyasi şərhçi Kamran Cəfərov deyib.
Onun sözlərinə görə, 2025-ci ilin noyabr ayında Tramp Den Driskollu Kiyevə göndərmişdi ki, o, Zelenskiyə təzyiq göstərərək Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxmasına və Trampın 28 bəndlik planını imzalamasına nail olsun.
Həmin vaxt Kiyevdə Driskoll Zelenskiyə qışqıraraq belə arqumentlər irəli sürürdü:
– Ukrayna hərbçiləri cəbhədə çətin vəziyyətdədir və məğlubiyyət təhlükəsi yaxınlaşır;
– Rusiya hava zərbələrinin miqyasını və intensivliyini artırır və uzun müddət müharibə apara bilər;
– Zaman keçdikcə Ukrayna üçün vəziyyət yalnız pisləşəcək, buna görə də daha zəif mövqedə qalmazdan əvvəl indi hansısa sülh razılaşmasına gəlmək daha yaxşıdır;
– ABŞ-nin hərbi-sənaye kompleksi Ukraynanı silahlarla, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün raketlərlə, infrastruktur və əhalini qorumaq üçün lazım olan tempdə təmin edə bilməyəcək.
Cəfərov qeyd edir ki, buna görə də razılaşmanı qəbul edin bundan sonra sizi yalnız məğlubiyyət gözləyir
Qeyd edək ki, Driskoll Rusiyaya simpatiyaları ilə fərqlənən general idi, Cey Di Vensin dostudur.
Orxan











