Fiko Putinlə görüşə ümid etdiyini bildirdi

  • By Admin2
  • 30 Aprel 2026 12:22

Slovakiyanın Baş naziri Robert Fiko 9 mayda Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi gözlədiyini bildirib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.

Siyasətçi tələbələrlə müzakirə zamanı bildirib ki, “9 mayda Rusiya prezidenti ilə görüşə gedirəm”.

Fiko qeyd edib ki, o, Putinlə Ukraynadakı münaqişənin tezliklə həll edilməsinin vacibliyini müzakirə etmək istəyir. Baş nazir hesab edir ki, bu, yalnız diplomatik yolla həll edilə bilər.

Maqsud

Gununsesi.info