66 yaşlı kişi hamamda yıxılaraq öldü

Sumqayıt şəhərinin Corat qəsəbəsində 66 yaşlı kişi hamamda yıxılaraq ölüb.

Gununsesi.info  xəbər verir ki, Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evdə hamam otağında aşkarlanıb.

Belə ki, 1960-cı il təvəllüdlü kişinin müvazinətini itirərək yıxıldığı və hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info